Prezident İlham Əliyev: Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq
19:40 SiyasətBu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq və bu gün ənənəvi təchizat zəncirinin kəsilməsinə, logistika və tranzitlə bağlı problemlərə görə bu dəhlizə heç vaxt olmadığı kimi ehtiyac var.
Olaylar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı söyləyib.
"Beləliklə, Azərbaycan Şərqdən Qərbə və əks istiqamətdə, hətta Şimaldan Cənuba və Cənubdan Şimala təhlükəsiz və etibarlı tranziti təmin edir", - deyə dövlətimizin başçısı əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31