İran ABŞ-yə üçmərhələli sülh planı təklif edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Al Mayadeen" telekanalının yaydığı məlumata görə, rəsmi Tehran vasitəçilər vasitəsilə ABŞ-yə danışıqlara başlamaq üçün üç mərhələdən ibarət şərtlər planı təqdim edib. 

Təklifə əsasən, birinci mərhələdə yalnız müharibənin dayandırılması və İran ilə Livana qarşı hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətlərin verilməsi müzakirə edilməlidir. Bu şərt yerinə yetirilərsə, ikinci mərhələdə Omanın koordinasiyası ilə müharibədən sonra Hörmüz boğazının idarə olunması məsələsi gündəmə gələcək. Yalnız ilk iki mərhələdə razılıq əldə olunduqdan sonra İran öz nüvə proqramı ilə bağlı müzakirələrə başlamağa hazırdır. 

Xatırladaq ki, aprelin 11-də İslamabadda Məhəmməd Baqer Qalibaf və Cey Di Vensin rəhbərliyi ilə keçirilən görüşlərdə tərəflər arasında ciddi ziddiyyətlər səbəbindən razılıq əldə olunmamışdı. Hazırda yeni raundun detalları qeyri-müəyyən olaraq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31