Nyu - York meri Mamdani sərsəmlədi- ÖZƏL

"Siyasi liderlər üçün belə həssas mövzular haqqında çıxışlar - onlardan  məsuliyyət tələb edir. Nyu - Yorkun gündəlik çağırışları ilə məşqul olmalı şəxs,  görünən odur ki, prezidentliyə hazırlaşır və mütamadi olaraq xarici siyasətlə bağlı bəyanatlar verməkdədir". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "O da məlumdur ki, Nyu-York kimi şəhərlərdə  güclü diaspora qruplarının təsiri var. Bu kontekstdə ABŞ erməni diaspora təşkilatları, ABŞ-da erməni məsələsinin tanıdılması və siyasi gündəmdə saxlanılması üçün aktiv işləyir.
Mamdani nümunəsi göstərir ki, müasir siyasətdə populizm yalnız milli səviyyədə deyil, lokal idarəetmədə də güclənir. Tarixi və geosiyasi məsələlər isə bu populizmin alətinə çevrilir".
Qeyd edək ki, Nyu-York meri Zohran Mamdani 1915-ci il hadisələri üzərindən Türkiyə və Osmanlı İmparatorluğunu hədəf alan ifadələr işlədib. Mamdani Türkiyə, Suriya və Ermənistan ərazilərində 1.5 milyon erməninin Osmanlı tərəfindən "qətlə yetirildiyini" irəli sürərək, "Tarixin təkrarlanmasına icazə verməməliyik" deyə sayıqlayıb.

Açıqlamasının davamında Türkiyəyə qarşı iddalarını irəli sürən Mamdani, Qarabağın erməni işğalından azad edilməsi uğrunda 2020-ci ildə başladılan əməliyyatlar üzərindən Azərbaycanı da hədəf seçib. Azərbaycan və Türkiyənin Qarabağdakı erməni əhaliyə "hücum etdiyini" iddia edən mer, 2023-cü ildə Azərbaycanın 100 mindən çox ermənini bölgədən "qovduğu" və "soyqırımı kampaniyasını" davam etdirdiyi barədə paylaşım edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31