Sahibə Qafarova Prezidenti təbrik etdi

"Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə "Sülh və Barışıq üçün Gernika mükafatına" layiq görülmüşdür. Və cənab Prezident aprelin 26-da mükafatın təqdimolunma mərasiminin iştirakçılarına müraciət ünvanlamış və bu mötəbər mükafata layiq görülməyinə görə öz minnətdarlığını bildirmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib: "Bu mükafat bütün çətinliklərə baxmayaraq, regionumuzda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olunması naminə möhtərəm cənab Prezidentin göstərdiyi böyük səylərin beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilməsi və yüksək qiymətləndirilməsi deməkdir. Və 30 il ərzində torpaqlarının işğalı ilə üzləşmiş və münaqişə şəraitində yaşamış xalqın nümayəndələri olaraq biz möhtərəm cənab Prezidenti bu mötəbər mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, cənab Prezidentə sülh və qarşılıqlı anlaşma naminə yorulmaz fəaliyyətində davamlı uğurlar arzulayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31