Paşinyan: Sərhədlərin mühafizəsi ordudan Sərhəd Qoşunlarına keçməlidir –
14:13 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Sərhəd Qoşunlarının yaranma günü münasibətilə keçirilən tədbirdə çıxış edərək, sərhədçiləri ölkə suverenliyinin əsas rəmzi adlandırıb. Baş nazir bildirib ki, dövlətin əsas hədəfi sərhədlərin demarkasiyası prosesini tamamlayaraq, ordunu səngərlərdən daimi dislokasiya yerlərinə qaytarmaqdır.
Paşinyan qeyd edib ki, hazırda sərhədlərdə genişmiqyaslı mühəndis və möhkəmləndirmə işləri aparılsa da, gələcəkdə bu sahələrin mühafizəsi tamamilə Sərhəd Qoşunlarına həvalə edilməlidir. O, bu keçidin yalnız regionda gedən müsbət tarixi dəyişikliklər və tam sülh şəraitində mümkün olacağını vurğulayaraq, Ermənistanın bu istiqamətdə inamla irəlilədiyini diqqətə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31