Volodimir Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib
14:09 SiyasətEnerji sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz 11 yardım paketi almışıq. Azərbaycana bu yardıma görə öz təşəkkürümüzü bildiririk.
Olaylar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
Həmçinin Ukraynadan olan uşaqlara köməyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Volodimir Zelenski deyib: "Siz bizim uşaqlarımıza kömək edirsiniz. Uşaqlarımız, övladlarımız, cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu dəstəyə görə Sizə minnətdarıq", - deyə Ukrayna Prezidenti vurğulayıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31