İsrail ordusu Livanda “Hizbullah”ın raket buraxılış mövqelərini bombalayıb (VİDEO)

İsrail Hava Qüvvələri ötən gecə Livanın cənubunda həyata keçirilən aviareydlər zamanı Hizbullah qruplaşmasına aid raket buraxılış nöqtələrinə zərbələr endirib.

Olaylar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Raket buraxılış nöqtələrinin Deyr Əz-Zəhrani, Kfar Reman və Səmməiyyə qəsəbələrində zərərsizləşdirildiyi bildirilir.

IDF həmin raket buraxılışı nöqtələrinin IDF hərbçiləri və İsrailin mülki əhalisi üçün buna qədər real təhdid yaratdığını qeyd edib.

Zərbələrdən birinin görüntüsü IDF-in rəsmi X səhifəsində dərc olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31