Zaxarova: Aİ-nin Ermənistandakı missiyası daxili işlərə müdaxilə vasitəsidir ÖZƏL
16:08 SiyasətOlaylar.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Avropa İttifaqının Ermənistandakı yeni mülki missiyasını kəskin tənqid edərək, onu real kömək deyil, siyasi müdaxilə aləti adlandırıb.
Diplomatın sözlərinə görə, Brüssel qanunsuz maliyyə axınları və kiberhücumlarla mübarizə bəhanəsi altında Ermənistanın dövlət institutlarına, xüsusilə də 7 iyun parlament seçkilərinin nəticələrinə təsir göstərmək üçün rıçaqlar əldə etməyə çalışır. Aİ-nin Moldovadakı oxşar fəaliyyəti ilə paralellər aparan
Zaxarova qeyd edib ki, region kənarından olan bu cür iştirak Cənubi Qafqazda sabitliyə təhlükə yaradır və regional məsuliyyət prinsiplərinə ziddir. Rusiya tərəfi rəsmi İrəvanın bu missiyanın ölkənin daxili işlərinə qarışmasına imkan verməyəcəyinə ümid etdiyini bildirib.