Avropa Komissiyası kollektiv müdafiənin “avropalaşdırılması”nı təklif edir: NATO modelinə alternativ gündəmdə ÖZƏL
15:23 SiyasətAvropa Komissiyası Avropa İttifaqının təhlükəsizlik sahəsində rolunun gücləndirilməsi və kollektiv müdafiə mexanizmlərinin genişləndirilməsi ilə bağlı yeni çağırış edib. Qurum hesab edir ki, Avropa Birliyi NATO-nun Avropadakı kollektiv müdafiə səlahiyyətlərini tədricən öz üzərinə götürməlidir. Olaylar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının müdafiə üzrə komissarı Andrius Kubilius Vilnüsdə keçirilən hərbi forumda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda Avropada kollektiv təhlükəsizliyin "avropalaşdırılması" prosesi başlanğıc mərhələsindədir.
Kubilius qeyd edib ki, ABŞ-ın yeni milli müdafiə strategiyası və NATO-nun Birləşmiş Qüvvələrinin baş komandanı Alexus Grynkeviç tərəfindən səsləndirilən fikirlər qeyri-nüvə müdafiə sahəsində məsuliyyətin Avropaya ötürülməsi ehtimalını gündəmə gətirir.