Türkiyədə korrupsiyaya qarşı əməliyyat: keçmiş bələdiyyə sədri və 47 nəfər tutulub
14:16 SiyasətTürkiyənin Şanlıurfa Vilayətinin Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə yerli prokurorluğun göstərişi əsasında səhər saatlarında Halfeti rayon bələdiyyəsi ilə bağlı əməliyyat keçirib.
Olaylar.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.
Məlumata görə, 2019- 2024-cü ilə qədər davam edən idarəetmə dövründə keçirilən tenderlərdə korrupsiya hallarına yol verilməsi ilə bağlı istintaq çərçivəsində keçirilən əməliyyatda 47 nəfər saxlanılıb.
Saxlanılanlar arasında həmin dövrün bələdiyyə sədri olmuş Şərəf Albayrak, bələdiyyə sədr müavinləri, sədr köməkçisi, icra heyətinin üzvləri, şöbə müdirləri, mühəndislər və texniki heyətin də olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31