Milli Şurada AXCP-ni bəyənməyənlər az deyil
4 Dekabr 2013 15:33 Siyasət"Hazırki şəraitdə nə Milli Şura, nə də İctimai Palatanın perspektivinə inanmıram". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu deyib ki, parlament seçkisi öncəsi yenidən, ancaq daha mükəmməl birlik formatına ehtiyac yaranacaq. Bu səbəbdən adı çəkilən hər iki qurumun buraxılması məqsədəuyğundur. Elxan Şahinoğlu Milli Şuranın Cəmil Həsənlinin rəhbərliyi altında fəaliyyətini davam etdirməsi mümkünlüyünə də aydınlıq gətirib: "Müsavat Milli Şuranı tərk etsə, nə baş verəcək? Yaxud AXCP Müsavatla yenidən İctimai Palata formatına qayıdacaqmı? Bütün bunlar sual doğuran məqamlardır. Ancaq bu bir faktdır ki, Milli Şurada AXCP-ni bəyənməyənlər də az deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00