Georgi Sioridze: “Hökumətdəki kadr dəyişiklikləri İvanişvilinin qorxularından xəbər verir” ÖZƏL
13:49 SiyasətOlaylar.az xəbər verir ki, "Lelo - Güclü Gürcüstan" koalisiyasının liderlərindən biri Georgi Sioridze hökumətdəki son kadr dəyişikliklərini şərh edərək bildirib ki, nazirlərin və xüsusi xidmət orqanlarının rəhbərlərinin xalqın deyil, yalnız Bidzina İvanişvilinin mandatına sahibdirlər.
Sioridzenin sözlərinə görə, bu "hökumət karuselləri" hakim partiyadakı qeyri-sabitliyin və xaosun göstəricisidir. O qeyd edib ki, bütün fundamental qərarlar şəxsən İvanişvili tərəfindən qəbul edilir və bu addımlar çox vaxt praqmatik məntiqə deyil, onun şəxsi qorxularına əsaslanır.
Müxalif siyasətçi vurğulayıb ki, güc strukturlarının koordinasiyası üçün yeni vəzifələrin yaradılması absurd xarakter daşıyır, çünki ölkədəki real hakimiyyət bölgüsü yalnız bir nəfərin iradəsindən asılıdır.