ABŞ və İsrailin hədəfi İranı SEPAH -dan azad etməkdi ÖZƏL
13:45 Siyasət"İranda sistem daxilində fikir ayrılıqlarının davam etməsi böhranı dərinləşdirir". Bunu "Olaylar" politoloq Məhəmməd Əsədullazadə deyib: " Prezident və onun administrasiyası tam idarəçiliyi ələ almağa və böhrana son qoymağa çalışır. Amma, SEPAH tam hakimiyyəti ələ alaraq güzəştə getməyi istəmir. SEPAH rəhbəri Vahidi mövqeyini dəyişməz olduğunu və ABŞ-la danışıqlara getməmək kursu götürüb.
İsrail SEPAH qarşı yeniden sui-qəsd əməliyyatlara başlaya bilər. Çünki, SEPAH generallarının dəyişməz mövqeyi böhranın davam etdirilməsinə səbəb olur. Tam hərbi əməliyyatlarda ABŞ deyil, İsrailin önə çıxması istisna deyil.
ABŞ/İsrailin tam hədəfi İranı SEPAH -dan azad etməkdir. Livanda Hizbullahin güclü olduğu hakimiyyətə təzyiqləri kimi, İranda SEPAH tam hakimiyyəti ələ alıb".