Edmon Marukyan: Soyqırım qurbanlarının siyahıya alınması cəhdi Türkiyənin tezisidir ÖZƏL

Olaylar.az xəbər verir ki, "İşıqlı Ermənistan" partiyasının lideri Edmon Marukyan hakimiyyətin 1,5 milyon soyqırımı qurbanının adlarını və ölüm şəraitini müəyyənləşdirmək təklifini kəskin tənqid edib. Marukyan bildirib ki, qurbanların tək-tək araşdırılması ideyası əslində Türkiyənin köhnə tezisidir və məqsəd qurbanların sayına şübhə yaratmaq, tarixi həqiqətləri yenidən müzakirəyə açmaqdır. O, bu addımı Ermənistan cəmiyyətinin tarixi yaddaşına qarşı yönəlmiş "yumşaq güc" təsiri kimi qiymətləndirib.(?)

Marukyanın sözlərinə görə, beynəlxalq birliyin artıq hüquqi və siyasi müstəvidə tanıdığı bu faktın ölkə daxilində şübhə altına alınması milli təhlükəsizliyə zərbədir. Partiya lideri vurğulayıb ki, soyqırımı məsələsi Ermənistanın xarici siyasət prioritetlərindən biri olaraq qalmalıdır, çünki bu, həm də gələcəkdə mümkün etnik təmizləmələrin və təhlükəsizlik risklərinin qarşısını almaq üçün vacib bir "milli immunitet" faktorudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31