Tusk ABŞ-ın NATO daxilində təhlükəsizlik zəmanətlərini şübhə altına aldı- ÖZƏL
24 Aprel 12:03 SiyasətPolşanın Baş naziri Donald Tusk hücum halında ABŞ-ın onun və ya digər Avropa ölkəsinin köməyinə gələcəyinə şübhə ilə yanaşdığını bildirib.
Olaylar.az xəbər verir ki, Tusk Britaniyanın "Financial Times" qəzetinə verdiyi müsahibədə bildirib ki, "Vaşinqton Polşanı Avropadakı ən yaxşı və ən yaxın müttəfiqi hesab edir. Amma mənim üçün əsl problem, bir şey baş verərsə, bunun praktikada necə görünməsidir". "İnanmaq istəyirəm ki, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi hələ də tətbiq olunur, amma bəzən, əlbəttə ki, bəzi şübhələrim olur", o əlavə edib. "Mən bu qədər pessimist olmaq istəmirəm, amma bu gün bizə həm də praktik kontekst lazımdır".
Tusk izah etdi ki, bu şübhələri sentyabr ayında Polşa hava məkanına daxil olan iyirmi dörd naməlum dronla bağlı hadisədən sonra yaranıb. Polşa baş naziri etiraf etdi ki, tərəfdaşlarını Varşavanın fikrincə, bu, təsadüf deyil, "Rusiya təxribatı" olduğuna inandırmaqda çətinlik çəkir.