Samvel Karapetyan: “Tarixi yaddaş əbədidir, biz artıq zəif olmayacağıq” ÖZƏL

Olaylar.az xəbər verir ki, "Güclü Ermənistan" hərəkatının rəhbəri Samvel Karapetyan erməni soyqırımının 111-ci ildönümü ilə bağlı xalqa müraciət edib. O bildirib ki, erməni xalqı ağır faciələrdən keçsə də, tarix boyu ayaqda qalmağı bacarıb və tarixi yaddaş dəyişməz olaraq qalır.

Karapetyan çıxışında hazırkı Ermənistan rəhbərliyini tənqid edərək qeyd edib ki, onlar soyqırımı törədənləri dolayısı ilə əsaslandırmağa çalışır və bu məsələnin beynəlxalq səviyyədə tanınmasını prioritet saymırlar.(?)

O vurğulayıb ki, regionda sülh və sabitlik vacibdir, Ermənistanın inkişafı üçün qonşularla münasibətlərin normallaşdırılması, o cümlədən Türkiyə ilə diplomatik əlaqələrin qurulması önəmlidir. Bununla yanaşı, o, bunun tarixi həqiqətlərdən və milli ləyaqətdən geri çəkilmədən həyata keçirilməli olduğunu deyib.

Karapetyan həmçinin bildirib ki, erməni xalqı artıq zəif olmağa imkan verməyəcək və gələcəkdə güclü və dayanıqlı dövlət qurmaq əsas məqsəddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31