ABŞ hərbi təyyarəsi Türkiyədə qəza siqnalı ötürüb

ABŞ-yə məxsus hərbi təyyarə Türkiyənin hava məkanında qəza siqnalı göndərib.

Trend xəbər verir ki, bu barədə hava nəqliyyatının real-vaxt monitorinqini həyata keçirən "Flightradar24" portalı məlumat yayıb.

Məlumata görə, RCH525 reysi ilə uçan hava gəmisi Bakı vaxtı ilə 08:51-də dispeçer qülləsinə 7700 kodlu siqnalı ötürüb. Həmin kod "ümumi fövqəladə vəziyyət"i bildirir.

ABŞ Hərbi Hava Qüvvələrinə aid təyyarə Birləşmiş Ərəb Əmirliklərindən uçub. Təyyarə İncirlik aviabazasına məcburi eniş etməli olub.

Göyərtədə baş verən insidentlə bağlı məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31