Suren Sarkisyan: Ermənistanın xarici siyasətindəki "TRIPP" asılılığı prosesləri dalana dirəyir ÖZƏL
10:03 SiyasətOlaylar.az xəbər verir ki, Beynəlxalq münasibətlər üzrə ekspert Suren Sarkisyan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin hazırda durğunluq dövrünü yaşadığını bildirib. Ekspertin fikrincə, rəsmi İrəvan sülh prosesini tamamilə ABŞ-nin dəstəklədiyi TRIPP layihəsinin icrasına bağlayıb, Türkiyə isə öz növbəsində normallaşma üçün Bakı ilə razılığın əldə olunmasını şərt qoyur. Bu zəncirvari asılılıq proseslərdən birinin uğursuzluğunu hamısının iflasına bərabər edir.
Sarkisyan vurğulayır ki, TRIPP layihəsinin reallaşması həm də ABŞ-İran münasibətlərindən asılıdır və Tehranın bölgədəki iqtisadi təşəbbüslərə qarşı sərt mövqeyi riskləri artırır. Əgər TRIPP layihəsi baş tutmasa, Azərbaycanın yenidən "Zəngəzur dəhlizi" məsələsinə qayıdacağı qaçılmazdır. Ekspertin qənaətinə görə, Ermənistan hakimiyyətinin alternativsiz xarici siyasət yürütməsi və bütün ümidləri tək bir layihəyə bağlaması növbəti diplomatik uğursuzluğa və daha riskli ssenarilərə yol açır.