Ombudsman Suriyadan gətirilən Azərbaycan vətəndaşları ilə görüşüb

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva aprelin 21-də Suriyadan repatriasiya edilən şəxslərlə görüşüb.

Bu barədə Olaylar.az Ombudsman Aparatından məlumat verilib.

Xatırladaq ki, aprelin 21-də Suriya Ərəb Respublikasının münaqişə bölgəsində yaşamış 5 nəfər (2 qadın və 3 uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Bildirilib ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib, müəssisə tərəfindən zəruri məlumatlar əldə ediblər.

Vurğulanıb ki, görüş zamanı repatriantların ehtiyacları və hüquqlarının təmini vəziyyəti qiymətləndirilib, onlara Müvəkkilin mandatı və hüquqlarının müdafiəsi mexanizmləri barədə ətraflı məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31