Paşinyan Akopyanla barışmaq istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş həyat yoldaşı Akopyanın boşanma qərarına hörmətlə yanaşdığını, lakin bununla razılaşmadığını bildirib.

Milli.Az xəbər verir ki, o, bu barədə brifinqdə jurnalistin məsələ ilə bağlı sualını cavablandırarkən bildirib.

Paşinyan Anna Hakobyanla evliliyini qorumaq üçün səylər göstərib. 

Paşinyan bildirib ki, fevralın sonunda Akopyan boşanmasını (və hökumət malikanəsindən kirayə mənzilə köçməsini) açıq şəkildə elan etdikdən sonra, o, cavab olaraq onun qərarına hörmət etdiyini bildirib.

Lakin o əlavə edib ki, onun qərarına hörmət etmək, ona tabe olmaq demək deyil:

"Buna görə də səy göstərdim və ailəmizi bir yerdə saxlamaq üçün daha bir şansım olduğuna görə şadam".

Qeyd edək ki, Nikol Paşinyanla Anna Akopyan aralarındakı vətəndaş nikahına bir müddət öncə son vermişdilər. Lakin Nikol Paşinyan Gümrüyə təbliğat səfərinə gedərkən onu Anna Akopyanın müşayiət etməsi diqqət çəkmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31