Avropanın enerji təhlükəsizliyində Azərbaycan faktoru: əməkdaşlıqdan strateji ittifaqa doğru- ÖZƏL

Latviya prezidenfi Edqars Rinkeviçs bildirib ki, qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşlar ən mühüm sərvətdir və Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji əhəmiyyət daşıyır. O qeyd edib ki, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və NATO üzvü kimi Latviya Azərbaycanla əməkdaşlığı genişləndirməyə və iqtisadi əlaqələri inkişaf etdirməyə hazırdır. Prezident xüsusilə energetika sahəsində Azərbaycanın rolunu vurğulayıb.
Azərbaycanın Avropa üçün "strateji tərəfdaş" kimi qiymətləndirilməsi regionda siyasi balansı necə dəyişə bilər? Energetika sahəsində əməkdaşlıq Azərbaycanın Avropa ilə münasibətlərində hansı yeni imkanlar və risklər yaradır?
Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlama verib: 
" İlk olaraq Latviya keçmiş sovet ölkəsidir, hazırda Avropa İttifaqının və NATO-nun üzvüdür. Və Latviya hər zaman keçmiş sovet respublikalarından enerji təminatı baxımından asılı idi. Və bu günkü reallığı nəzərə alaraq ən stabil, davamlı və öz öhdəliklərini vaxtında yerinə yetirən tərəfdaş kimi, əlbəttə ki, Azərbaycanın mövqeyini qiymətləndirdi və Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu göstərdi.
Biz bilirik ki, böyük Avropa Birliyinin əsas problemlərindən biri enerji təhlükəsizliyidir. Və bu baxımdan vaxtilə Azərbaycanı tərəfdaş kimi seçmələri son dövrdə göstərdi ki, onların ən uzaqgörən və düzgün siyasətlərindən biri olub. Bu gün Azərbaycan 16 ölkəyə, o cümlədən Avropa İttifaqına daxil olan ölkələrin böyük əksəriyyətinə enerji təhlükəsizliyi, xüsusilə qaz təminatını həyata keçirir. Bu baxımdan Azərbaycanın bu mövqeyi davamlı və məsuliyyətli tərəfdaş kimi, öz öhdəliklərini daim yerinə yetirən tərəfdaş kimi Avropa üçün çox maraqlı və vacib ölkədir. Və bu da Azərbaycanın mövqeyini Avropada hədən artıq gücləndirir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31