Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi möhkəm təməl üzərində qurulub- ÖZƏL

"Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı kimi tarixdə müstəsna yer tutur". "Olaylar" xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib: "Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi möhkəm təməl üzərində qurulub, müstəqilliyin ilk illərində yaranmış siyasi və iqtisadi böhran aradan qaldırılıb. Hüquqi dövlət quruculuğu, milli maraqlara əsaslanan idarəetmə prinsipləri və uğurlu neft strategiyası Azərbaycanın inkişafında mühüm rol oynayıb. Bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz ərazi bütövlüyünü tam bərpa edərək tarixi Zəfərlərə imza atıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31