Atatürkü təhqir edən jurnalistlə bağlı ŞOK QƏRAR: Polis hər yerdə onu axtarır

Türkiyəli jurnalist və yazıçı Fatih Tezcanın Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə bağlı qalmaqallı çıxışlarına görə barəsində yenidən həbs qərarı çıxarılıb.

Musavat.com xəbər verir ki, bu qərar "Atatürkçü Düşüncə Dərnəyi"nin şikayəti əsasında qəbul edilib.

Bursa, Yalova, Lüleburqaz, Büyükçekmece və İstanbul prokurorluqları tərəfindən Tezcan barəsində başladılan araşdırmalar Büyükçekmece 3-cü Cinayət Məhkəməsində birləşdirilib.

Jurnalist "Atatürkün xatirəsini təhqir etmə" və "xalq arasında nifrət və düşmənçiliyi açıq şəkildə qızışdırma" maddələri ilə ittiham olunur.

Yerli medianın yaydığı məlumata görə, polis axtarışda olan Tezcanı yaşayış ünvanında tapa bilməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onunla əlaqə saxladıqda isə o, xaricdə olduğunu və yerini bildirmək niyyətində olmadığını bəyan edib.

Xatırladaq ki, Fatih Tezcan daha əvvəl - 2022-ci ilin avqustunda da eyni ittihamla 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Təxminən bir il həbsxanada qalan jurnalist 2023-cü ilin avqustunda şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31