İranın dəniz blokadasını heç bir gəmi keçməyib - CENTCOM

İranın dəniz blokadasının başlanğıcından bəri ABŞ ordusu İran limanlarına gedən və ya onun sahillərindən çıxmağa çalışan 29 gəminin hərəkətini dayandırıb.

Musavat.com xəbər verir ki, məlumat ABŞ Mərkəzi Komandanlığının (CENTCOM)X hesabında açıqlanıb: "ABŞ qüvvələri İrana qarşı blokadanın bir hissəsi olaraq 29 gəmiyə geri dönməyi və ya limana qayıtmağı əmr edib".

CENTCOM bir neçə kommersiya gəmisinin blokadanı keçə bildiyinə dair məlumatları təkzib edərək, bu cür məlumatları qeyri-dəqiq adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31