Heqsetlə yola getmədiyinə görə vəzifəsini İTİRDİ
23 Aprel 10:04 SiyasətABŞ Hərbi Dəniz Qüvvələri naziri Con Felan Pentaqonun rəhbəri Pit Heqsetlə fikir ayrılıqlarına görə vəzifəsindən azad edilib.
Musavat.com xəbər verir ki, məlumatı "Axios" ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadən yayıb.
Mənbənin sözlərinə görə, "Felan və Heqset yola getməyiblər":
"Felan rəhbər olmadığını anlamayıb. Onun işi verilməli olduğunu düşündüyü əmrləri deyil, verilən əmrləri yerinə yetirmək idi".
Mənbəyə görə, Felanın ABŞ prezidenti Donald Trampla "yaxşı münasibətləri" var, lakin Heqset keçmiş Hərbi Dəniz Qüvvələri nazirinin birbaşa prezidentə hesabat verərək "itaətsizlik" göstərdiyi qənaətinə gəlib.
"Axios" Pentaqon rəhbərinin Felanı faktiki olaraq işdən çıxardığını vurğulayır.
Bir neçə investisiya şirkətinin təsisçisi və həmtəsisçisi olan Felan ABŞ Senatı tərəfindən 25 mart 2025-ci ildə Hərbi Dəniz Qüvvələri naziri vəzifəsinə təsdiq edilib. Hərbi Dəniz Qüvvələri naziri digər məsələlərlə yanaşı, Hərbi Dəniz Qüvvələrinin logistika və maliyyə resurslarına görə məsuliyyət daşıyır. Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Ordu nazirləri prezident kabinetinin üzvləri deyillər.