Ceyhun Bayramov latviyalı həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb.

Olaylar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, nazirlər ikitərəfli münasibətlərin gücləndirilməsini, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edib, həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində Azərbaycan və Latviya XİN-ləri arasında konsulluq məsələləri üzrə Anlaşma Memorandumu imzalanıb.

Bu sənəd hər iki ölkə vətəndaşları üçün konsulluq əməkdaşlığının və xidmətlərinin inkişaf etdirilməsi istiqamətində mühüm addım hesab olunur.

***

15:16

Bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və latviyalı həmkarı Baiba Braje arasında görüş keçirilib.

Olaylar.az xəbər verir ki, bu barədə Baiba Braje sosial media hesabında paylaşım edib.

Nazir görüşün olduqca səmərəli keçdiyini vurğulayıb.

Tərəflər ikitərəfli ticarət dövriyyəsinin artırılması, Ermənistanla sülh prosesi, Ukraynaya dəstək və Azərbaycan-Avropa İttifaqı münasibətlərini müzakirə ediblər.

Görüşün yekununda Azərbaycan və Latviya Xarici İşlər nazirlikləri arasında konsulluq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31