Büdcə xərclərinə nəzarət gücləndirilməlidir -Özəl

Hesablama Palatası 2025-ci ildəki fəaliyyətində "Hesablama Platası haqqında" qanunla müəyyən edilmiş 4 fəaliyyət istqamətinin hər birində  əksər məqamlar  üzrə kəmiyyət,keyfiyyət və məzmun baxımından müsbət dinamikaya nail ola bilib. 
       Bununla belə yaşamağa başladığımız yeni mərhələnin obyektiv tələb və çağırışlarından çıxış etməklə dövlət maliyyə nəzarətinin gücləndirilməsi,büdcə prosesində şəffaflığın,hesabatlılığının,cavabdehliyin,məsuliyyyətliliyin,eləcə də dövlət vəsaitlərindən  istifadənin səmərəliliyinin artırılması istiqamətində bir sıra mülahizə və təkliflərimizi səsləndirmək istərdik: 
        Birincisi,yaşamağa başladığımız yeni mərhələnin çağırışlarına cavab verib, hədəflərinə dolğun şəkildə çatmaqdan ötrü "Nəyi təkmilləşdirməli?", "Niyə təkmilləşdirməli?" və "Hansı istiqamətdə təkmilləşdirməli?" kimi üç fundamental suala daha səriştəli  cavab vermək qabiliyyətinə malik üç qurum varsa, onlardan biri Hesablama Palatasıdır.Hesablama Palatası "2021-2025-ci illər üzrə Strateji Plan" şərçivəsində nəzərdə tutduğu işlərin əksəriyyətini həyata keçirə bilib.Həmin tədbirlərin   çox mühüm tərkib hissəsi və nəticəsi kimi çoxsaylı təklif və tövsiyələr hazırlayıb,aidiyyatı orqanlara təqdim edib və təkliflərin 45-i tam və qismən qəbul edilib. Palata 1,5 milyard manatlıqdan çox nöqsan və təhriflər aradan qaldırılmasına nail olub.Hesablama Palatası 2025-ci ildə bir sıra maliyyə pozuntularını aradan qaldırmaqla,ötən il Palatanın saxlanması üçün büdcədədən çəkilən xərclərdən 10 dəfə çox maliyyə vəsaitini büdcəyə bərpa edə bilib və sair.  
     Hesablama Palatasının fəaliyyətinin səmərəliliyinin artması birbaşa Milli Məclisin nəzarət funksiyasının güclənməsinə müsbət təsir göstərir. Hesablama Palatasının dövlət vəsaitlərinin idarə edilməsinə nəzarət funksiyasını daha geniş anlamda effektiv yerinə yetirib, bundan da artıq işlər görə bilməsindən və daha böyük nəticələrə nail olmasından ötrü  Palatanın səlahiyyytlərinin yeni mərhələnin tələbləri səviyyəsinə uyğun dərəcədə artırılmasını və işçi sayinin da buna uyğun optimallaşdırılmasını vacib hesab edirik. 
       İkincisi,2025-ci ildə də Hesablama Palatasının aşkarladığı pozuntular arasında büdcə qanunericiliyi sahəsindəki pozuntular bütün pozuntiularıt yaradın çoxunu təşkil edib.Audit və analitik fəaliyyətlərin nəticələrinə əsasən, büdcə qanunvericiliyi  üzrə aşkar edilmiş nöqsanların payı-51,6%,dövlət satınalmaları üzrə-24,1% və əsaslı vəsait qoyuluşu üzrə isə 9,5% olub. Bu 3 sahədəki pozuntular ümüumi pozuntilarn  85 faizdən çoxunu təşkil edib və həmin sahələrdə daha çox pozuntunun olması neçə illərdir davam edir.Dövlət vəsaiti hesabına görülən işlərin səmərəliliyini davamlı olaraq artırmaqdan ötrü, ilk növbədə büdcə xərclərinə nəzarət gücləndirilməlidir.Bu sahədə çatışmazlıqları aradan qaldırıb,müsbət meylləri  sürətləndirməkdən ötrü, digər şərtlərlə yanaşı həm də "Büdcə qanunvericiliyinin pozulması, satınalmalar və dövlət vəsaitndən istifadə sahəsindəki probelmər və onların aradan qaldırılmasının sürətləndirilməsi məsələləri"nə dair Milli Məclis,Hesablama palatası və aidiyyatı dövlət-hakimiyyət orqanları arasında birgə tədbirlərin keçirilməsi bu sahədə vəziyyətin yaxşılaşdırıılması baxımından ümumi işin xeyrinə olardı. 
       Üçüncüsü, Hesablama Palatası hər il keçirdiyi yoxlamarın nəticələrini açıqlayanda görürük ki,dövlət qurumlarında idarəetmənin və tənzimlənmənin səmərəliliyinin, şəffaflığının artırılması və risklərin idarə edilməsinə,o cümlədən sözügedən problemlərin aradan qaldırılmasına kopleks yanaşılması daha böyük effekt verə bilər.Eyni zamanda burada çox mühüm əhəmiyyət kəsb edən məsələ qabaqlayıcı tədbirlərlə dövlət vəsaitlərinə nəzarəti gücləndirərək risklərin erkən müəyyən edilməsi  və bu əsasda idarəetmə proseslərində şəffaflığın yüksəldilməsinə və məsuliyyətin artırılmasına zəmin yaratmaqla gözlənilən pozuntular nəticəsində daha böyük ziyanların qarşının vaxtında alınmasıdır. Qabaqlayıcı tədbirləri həyata keçirməklə biz çoxmilyonlu pozuntuların qarşısını almaqla yanaşı, eyni zamanda həm də çoxmilyonlu yeyintilərin də aradan qaldırılması istiqamətində mühüm nəticələrə nail ola bilərik.  
      Belə ki, bir sıra qurumlarda daxili audit funksiyasının obyektivliyi və müstəqilliyi baxımından hələ də problem qalmaqdadır.Nəticədə bu,sözügedən problemlərin vaxtında aşkarlanıb,aradan qaldırılması işini ləngidir Bu isə öz növbəsinə milyon manatlarla ölçülən maliyyə pozuntuları riskiləri yarardır. Ona görə ki, beynəlxalq təcrübədən, eləcə də öz təcrübəmizdən məlumdur ki,daxili nəzarəti olmayan və ya zəif təşkil edilən qurumlarda maliyyə hesabatlarının etibarlılığı da aşağı olur və bu da böyük pozuntulara yol açır.Bu sahədə daxili auditin rolunun artırılması onun həm obyektivliyi baxımdan, həm də orda olan çatışmazlıqların aradan qaldırılması baxımdan müsbət təsir göstərər. Daxili audit təkcə təşkilatın maliyyə aspektlərini yoxlamır, həm də qurumun ümumi idarəetmə proseslərini, əməliyyat effektivliyini və proqramların səmərəliliyini qiymətləndirir. Bu baxımdan dövlət qurumlarının idarəetmə keyfiyyəti artırılmalı,daxili nəzarət sahəsindki çatışlmazlıqların aradan qaldırılması istiqamətində təsirli tədirlər görülməli, risklərin idarə edilməsi və daxili nəzarət mexanizmləri daimi təkmilləşdirilməli, bu işdə səmərəli qurulmuş daxili auditin rolu artırılmalıdır. Daxili audit sahəsindəki çatışmazlıqları aradan qaldırıb, sözün həqiqi mənasında daxili auditi tam  işə salmaqla xeyli dərəcədə maliyyə pozuntularının,dövlət vəsaitinin səmərəsiz istifdəsinin, yeyintisinin və sairinin aradan qaldırılması istiqamətində müsbət  nəticələrə nail ola bilərik. 
       Dördüncüsü,məlum olduğu kimi, rəqəmsallaşma,süni intellekt alqoritmləri anomaliyaları,potensial saxtakarlığı və riskli əməliyyatları real vaxtda aşkarlayaraq auditin keyfiyyətini yüksəldir.Ona görə də dövlət qurmlarında idarəetmə proseslərinin rəqəmsallaşdırılması istiqmətində fəaliyyətin dairəsinin genişləndirilməsi zəngirvari reaksiya xarakteri alıb şəffaflığın və hesabatlılığın obyektifliyinin artırılması, sözügedən problemlərin aradan qaldırılması daxil olmaqla, nəticəliliyin artmasına, bu isə öz növbəsində hədəflənmiş məqsədlərinin böyük hissəsinə nail olmağa imkan verər.    
     Rəqəmsal texnologiyaların müasir iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olduğu  bir dövrdə rəqəmsallaşma, süni intellekt və innovasiya sahələrində fəaliyyətin genişləndirilməsi və təklmilləşdirilməsi təlabatı artdıqca,xüsusən də süni intelektin cəmiyyətə və fərdə təsiri artdıqca,həmin amillərin qanunvericilikdə daha geniş dərəcədə nəzərə alınması Miili Məclisin  fəaliyyətində getdikcə daha mühüm yer tutacaq.Bu yöndə normativ-hüquqi aktlarin təkmilləşdirilməsi işində Hesablama Palatasının rolunun artrılmasını,onun Milli Məclis, və aidiyyatı qurumlar arasında  əməkdaşlığının daha da dərinləşdirilməsini vacib hesab edirik.
       Beşincisi,Hesablama Palatasının işinin  səmərəliyini artırmaqdan ötrü digər qurumlarla koordinasiyalı fəaliyyətini də müsbət qiymətləndiririk.Hesablama Palatasının həm Nazirlər Kabineti, həm Maliyyə Nazirliyi və digər durumlar, həm də inzibati orqanlarla birgə işin timsalında qeyd eləmək olar ki, Palata başqa qurumlarla koordinasiya işini genişləndirə bilib.Hesab edirik ki, bu istiqamətdə əməkdaşlığın dərinləşməsi audit orqanının tövsiyələrinin lazımı səviyyədə nəzərə alınması və yerinə yetirilməsi, pozuntuların aradan qaldırılması və risk altında olan milyonlarla manat əlavə vəsaitin üzə çıxarılıb büdcəyə bərpa olunması istiqamətində əlavə imkanlar  yarada bilər.
Əli Məsimli
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31