Çantasını açıb içindəkiləri göstərdi: "Bahalı ətir və cüzdanı pulla doldururam" - VİDEO
17:47 SosialMüğənni Afət Fərmanqızı sosial şəbəkədə etdiyi paylaşımı ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, ifaçıson zamanlar bloqerlər arasında populyar olan formatdan istifadə edərək çantasının içindəkiləri izləyicilərinə göstərib. Videoda Fərmanqızının gündəlik istifadə etdiyi əşyalar yer alıb.
Paylaşım zamanı ifaçının bahalı ətiri və pul kisəsindəki iri məbləğdə nağd vəsait xüsusilə diqqət çəkib. Bu məqam sosial şəbəkə istifadəçiləri arasında müxtəlif müzakirələrə səbəb olub.
Müğənni açıqlamasında cüzdanında çox pul olduqda özünü daha rahat və özgüvənli hiss etdiyini də etiraf edib.
Afət Fərmanqızının paylaşdığı görüntülər qısa müddətdə çoxsaylı baxış toplayıb. İzləyicilərin bir qismi sənətçinin səmimiliyini bəyənsə də, digərləri videoda nümayiş etdirilən əşyalar ətrafında fikirlərini bölüşüblər.
Paylaşım sosial şəbəkələrdə maraqla qarşılanaraq müzakirə mövzusuna çevrilib.