“Rəqəmsal zamanda süni intellekt və mediasiya” kitabı Prezident Kitabxanasında elektron resurs olaraq yerləşdirilib

"Rəqəmsal zamanda süni intellekt və mediasiya" kitabı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında elektron resurs olaraq yerləşdirilib. Mediasiya Şurasından "Olaylar"a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə, həmçinin Prezident Kitabxanasına dərin təşəkkürümüzü bildirir, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində belə zəngin elektron kitabxana resursunun mövcudluğu ilə qürur duyuruq.  
Belə ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman hörmətli Səbinə xanım Əliyevanın dəstəyi ilə Ombudsman Aparatı və Mediasiya Şurası tərəfindən nəşr edilən, Ankara Medipol Universitetinin Kommunikasiya fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ergin Ergül tərəfindən yazılmış "Rəqəmsal zamanda süni intellekt və mediasiya" kitabı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında elektron resurs olaraq yerləşdirilib və geniş oxucu kütləsi üçün daha əlçatan olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31