"Qars müqaviləsinə yenidən baxılması Ermənistanın ziyanına ola bilər"-Politoloqdan açıqlama-ÖZƏL

Radikal müxalif düşərgəni təmsil edən "Şant" blokunun sədri Şahen Arutyunyan Qars müqaviləsi-nin yenidən nəzərdən keçirilməsinə çağırıb. O bildirib ki, Ermənistan artıq "köhnə səhvlərlə yaşaya bilməz" və qarşıdakı seçkilər ölkənin gələcək istiqamətini müəyyən edəcək. Arutyunyan müqavilənin Ermənistanın maraqlarına zidd olduğunu iddia edib və məsələni gündəmə gətirməyin vacibliyini vurğulayıb.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib: 
" Keçmiş müqavilələrin yenidən gündəmə gətirilməsi və həmin müqavilələr çərçivəsində məsələlərə baxılması heç bir halda məntiqli deyil və real deyil. Yəni nə baş verəcək? Qars müqaviləsinə yenidən baxılsa, məsələn, ərazi veriləcəkdir, yoxsa nə olacaqdır? Bütün bunlar populist erməni siyasətçilərin atdığı addımlardır.
Təəssüf ki, bir çox siyasətçi belədir. Yeni nəsil siyasətçilər içərsində əlbəttə ki, reallığı tərk edənlər var. Amma revanşist və işğalçılıq meyilləri daşıyan bir çox siyasətçilər hələ də bu kimi qeyri-real məsələlərə inanırlar.
Belə bir şeyi nə Türkiyə qəbul edər, nə də Ermənistan qəbul edər. Qaldı ki, Qars müqaviləsinə yenidən baxılmasına, bu, Ermənistanın xeyrinə olmaz. Məsələn, Zəngəzur mövzusu gündəmə gələr, Göyçə məsələsi gündəmə gələr ki, bu halda Ermənistan torpaq qazanmaqdan çox, torpaq itirən bir ölkəyə çevrilə bilər. Hazırda isə bütün bunlar populist çıxışlardan başqa bir şey deyil, səs toplamağa hesablanmış açıqlamalardır. Düşünmürəm ki, bu tip fikirlər artıq Ermənistan cəmiyyətində ciddi əks-səda doğursun, rəğbət qazansın və ya geniş dəstək tapsın".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31