Macarıstan və Slovakiya Ukraynaya 90 milyard avroluq yardım planına qoyduqları vetonu geri götürüblər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Macarıstan və Slovakiya Avropa İttifaqının Ukrayna üçün 2026-2027-ci illəri əhatə edən 90 milyard avroluq maliyyələşdirmə planına qoyduqları vetonu ləğv ediblər. Lakin hər iki ölkə bu proqramda iştirakdan imtina etdiklərini bir daha təsdiqləyiblər. 

Aİ Şurasındakı Kipr sədrliyi Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin və Kiyevə ayrılan bu vəsaitin səfirlər səviyyəsində təsdiqləndiyini bildirib. Yaxın 24 saat ərzində qərarın XİN rəhbərləri tərəfindən rəsmiləşdirilməsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31