Qazaxıstan neftinin "Dostluq" kəməri ilə nəqli müvəqqəti dayandırıla bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov mayın 1-dən etibarən "Dostluq" kəməri vasitəsilə neft nəqlinin dayandırıla biləcəyi barədə yayılan məlumatlara münasibət bildirib. Nazir rəsmi bildiriş almadıqlarını, lakin qeyri-rəsmi mənbələrin bu xəbəri təsdiqlədiyini qeyd edib. 

Akkenjenovun sözlərinə görə, Rusiya tərəfi nəql üçün texniki imkanların olmadığını bildirir ki, bu da böyük ehtimalla Rusiyanın infrastrukturuna endirilən son zərbələrlə bağlıdır. Hazırda tədarükün yalnız 2026-cı ilin may ayı üçün biraylıq dayandırılması gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31