CNN: İrana qarşı müharibə ABŞ-ın raket ehtiyatlarını kritik dərəcədə tükədib – ÖZƏL
22 Aprel 14:07 SiyasətOlaylar.az xəbər verir ki, CNN-in Pentaqondakı mənbələrə və ekspert təhlillərinə istinadən yaydığı məlumata görə, İrana qarşı hərbi əməliyyatlar zamanı ABŞ ordusunun raket arsenalı ciddi şəkildə boşalıb. Təhlillər göstərir ki, cəmi yeddi həftəlik döyüşlər ərzində yüksək dəqiqlikli raketlərin 45%-i, "THAAD" sistemlərinin yarısı və "Patriot" zenit raketlərinin təxminən 50%-i istifadə olunub. Həmçinin "Tomahawk" ehtiyatlarının 30%-i, SM-3 və SM-6 raketlərinin isə 20%-i sərf edilib.
Mütəxəssislər xəbərdarlıq edir ki, hazırkı ehtiyatlar Çin kimi güclü rəqiblə mümkün münaqişə üçün yetərli deyil və bu boşluğun doldurulması dörd-beş il vaxt tələb edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31