Azərbaycan və Latviya münasibətlərində yeni səhifə-Özəl

"Azərbaycan və Latviya arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədə inkişaf edib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər ilə iki ölkə arasında siyasi dialoq davam etdirilir. 2025-ci ildə Azərbaycan ilə Latviya arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən artaraq 2.5 faiz artaraq 27.8 milyon dollara çatıb.  Qarşılıqlı ticarətdə Latviyanın 10 milyon dollara yaxın müsbət saldosu var. Bununla belə, ölkələr arasındakı iqtisadi əməkdaşlıqda potensial daha böyükdür. Bu baxımdan, qarşlıqlı ticarət dövriyyəsinin artırılması əsas prioritetlərdəndir. 
Dövlətlər arası münasibətlərin dərinləşməsinin növbəti illərdə ticarət dövriyyəsində daha çox artımlar ilə müşahidə olunacağı gözlənilir. Qeyri neft-qaz ixracat bazarlarının şaxələndirilməsi baxımdan sözügedən ölkə ilə əməkdaşlıq olduqca vacibdir. Bütövlükdə, Latviya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacaq".
Xatırladaq ki, Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycanda səfərdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31