Kaxa Kaladze: "Öz birliyini idarə edə bilməyənlər ölkəni necə idarə edəcək?" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə "Müxalifət Alyansı" arasında yaranan gərginliyə münasibət bildirərək müxalifəti kəskin tənqid edib. 

Kaladze qeyd edib ki, bir neçə həftə əvvəl böyük coşqu ilə birlik nümayiş etdirən müxalif qüvvələr bu gün bir-birinə qarşı çıxaraq ölkə maraqlarına zidd fəaliyyət göstərirlər. Onun sözlərinə görə, kənardan idarə olunan və daxili birliyini qoruya bilməyən bu şəxslərin ölkəni idarə etmək iddiası əsassızdır. 

Xatırladaq ki, alyansa daxil olan 8 partiya Saakaşvilinin bəyanatlarını "şəxsi hücum" və birliyin prinsiplərinə zidd addım kimi qiymətləndirib. Saakaşvili isə öz növbəsində müxalifəti "Mişa kompleksi"ndən qurtulmağa və uğursuzluqlarına görə onu günahlandırmamağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31