Azərbaycan dünyada etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir- ÖZƏL
22 Aprel 11:31 Siyasət"Prezident İlham Əliyevin Türkiyədə dünyanın ən genişmiqyaslı diplomatiya platformalarından biri olan 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun artması və qlobal diplomatik proseslərdə rolunun güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev deyib: "Aparılan yüksəksəviyyəli danışıqlar Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir və yeni əməkdaşlıq platformalarının formalaşmasına şərait yaradır. Diplomatik uğurlarımız düşünülmüş və milli maraqlara söykənən strateji kursun məntiqi yekunudur. Prezident İlham Əliyevin beynəlxalq müstəvidə nümayiş etdirdiyi prinsipiallıq Azərbaycanı qlobal qeyri-müəyyənliklər dövründə bəşəri təşəbbüslərlə çıxış edən ən etibarlı tərəfdaşa çevirir. Bu gün beynəlxalq sənədlərdə dövlətimizin imzası təkcə tərəfdaşlığın təsdiqi deyil, həm də yeni dünya nizamının formalaşmasında mühüm bir iradənin təzahürüdür. Bu gün dünya paytaxtları və beynəlxalq təşkilatlar hər hansı regional və ya qlobal layihəni Azərbaycanın rəyi və iştirakı olmadan təsəvvür etmirlər. Bu da Azərbaycanın artan rolu və nüfuzunun göstəricisidir".