Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
10:58 SiyasətPakistan Silahlı Qüvvələri yerli imkanlarla hazırlanan havadan buraxılan yeni qanadlı raketini uğurla sınaqdan keçirərək ölkənin dəniz hücum qabiliyyətini nümayiş etdirib.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin hərbi rəhbərliyi məlumat yayıb.
Ordunun rəsmi açıqlamasına görə, yerli istehsal olan "Taimoor" raketi düşmən gəmilərini uzaq məsafədən məhv etmək üçün nəzərdə tutulmuş müasir gəmiəleyhinə silah sistemidir.
Pakistan ordusu dəniz təhlükəsizliyinin gücləndirilməsi və ölkənin suveren sularının qorunması istiqamətində səylərin davam etdiriləcəyini vurğulayıb.
Bu uğurlu sınaq ölkənin yerli müdafiə sənayesinin inkişafında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31