Ukraynada ATƏT-in Nazirlər Şurasının iclası keçiriləcək
4 Dekabr 2013 11:59 SiyasətDekabrın 5-6-da Ukraynada ATƏT-in Nazirlər Şurasının 20-ci illik iclası keçiriləcək. "OLAYLAR"-ın Strateji Araşdırmalar Mərkəzinə istinadən verdiyi xəbərə görə, iclasda SAM-ın əməkdaşı, mərkəzin Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin elmi işçisi Azad Qəribov da iştirak edəcək. Azad Qəribov Azərbaycan Respublikasıın nümayəndə heyətinin tərkibində öncə hazırlıq iclaslarının işində, daha sonra Nazirlər Şurasının plenar iclasında iştirak edəcək. Azad Qəribov ölkəmizi "Helsinki+40" prosesi vasitəsilə beyin mərkəzlərinin ATƏT-in işinə cəlb edilməsi çərçivəsində keçiriləcək ekspert görüşlərində təmsil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00