Deputatımız AŞ PA-nın komitə iclasında iştirak edəcək
4 Dekabr 2013 11:49 SiyasətMilli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya daimi komitəsinin iclasında iştirak etmək üçün dekabrın 3-dən 6-dək Fransada səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə,
Parisdə keçiriləcək komitənin iclasında Avropada milli azlıqların vəziyyəti, irqçilik, cinsi azlıqlara qarşı diskriminasiya, qadınlara qarşı zorakılıq və insan alveri ilə mübarizənin strategiyası, üzv ölkələrin polis sistemində mövcud olan neqativ halların qarşısının alınması barədə fikir mübadiləsi aparılacaq.
Deputatımız müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00