Səfir: «ABŞ şirkətləri Azərbaycanın ikinci peykinin orbitə çıxarılması layihəsinə ciddi maraq göstərir»

ABŞ şirkətləri Azərbaycanın ikinci süni rabitə peykinin orbitə çıxarılması layihəsi ilə yaxından maraqlanır. Bu layihənin iqtisadi-texniki əsaslandırmasını ABŞ-ın Ticarət və İnkişaf Agentliyi maliyyələşdirir. Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.

"Bilirsiniz ki, İKT sahəsi iqtisadiyyatın diversifikasiyası üçün çox ümidverici sahədir. Bakıdakı Azərbaycan-ABŞ İKT forumunda iştirak edən və eyni zamanda Azərbaycanda fəaliyyət göstərmək istəyən Amerika şirkətləri var. Qeyd edim ki, Azərbaycan regionda İKT sahəsində yaxşı imkanlara malikdir. Ümid edirik ki, ABŞ-Azərbaycan əməkdaşlığı bu sahəyə öz töhfəsini verəcək", - deyə amerikalı səfir bildirib. apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00