“Ermənistanın müstəqil mövqeyi yoxdur”

"Ermənistan müstəqil dövlət deyil, onun müstəqil mövqeyi yoxdur. Ən əsası da ondan ibarətdir ki, Ermənistanın müstəqil mövqeyi olmadığı üçün bu mövqeyə heç bir ölkə tərəfindən normal münasibət gözləmək lazım deyil". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov səsləndirib. Səməd Seyidov bildirib ki, Ermənistan regionda birgə yaşamaq istəyirsə, region dövlətləri ilə dostluq münasibətləri qurmalı, iddialarından əl çəkməlidir: "Bu regionda müxtəlif maraqların toqquşmasını nəzərə alaraq düzgün siyasət aparmaq, öz xalqını irəli aparmaq lazımdır. Nə bu tərəf, nə o tərəf Ermənistanın maraqlarını nəzərə almır. Yalnız bu ola bilər ki, Ermənistandan istifadə edib öz maraqlarını bu regionda tətbiq etsinlər. Bu da Ermənistan xalqının ən böyük faciəsidir. Bu xalqın üzərində Avropa öz maraqlarını, Rusiya isə öz maraqlarını yeridəcək. Ermənistan hakimiyyəti isə öz mövqeyini ortaya qoymaq iqtidarında deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00