Viktor Yanukoviç: "Kütləvi aksiyaların dinc şəkildə keçirilməsi vacibdir"
3 Dekabr 2013 11:53 SiyasətUkrayna Prezidenti Viktor Yanukoviç kütləvi aksiyaların keçirilməsi zamanı bütün tərəflərin qanuna riayət etmələrinin vacibliyini qeyd edib. Bu barədə Viktor Yanukov dünən Ukrayna telekanallarının jurnalistlərinə müsahibəsində deyib. Xəbəri UNN agentliyi yayıb. V.Yanukoviç bildirib: "Biz demokratik dövlət, demokratik cəmiyyət qurduğumuzu deyəndə - biz hamımız bir ölkənin vətəndaşlarıyıq - vacibdir ki, bu cəmiyyətin və baş verən proseslərin iştirakçıları qanuna əməl etsinlər. Hakimiyyətin, hüquq-mühafizə orqanlarının nümayəndəsi və ya bu aksiyaların iştirakçıları olmasının əhəmiyyəti yoxdur, hamı dövlətimizin qanunlarına əməl etməlidir".
Dövlət başçısının sözlərinə görə, aksiyaların dinc xarakter daşıması vacibdir: "Adamların istənilən iradə azadlığı, istənilən aksiya sübut edir ki, hər bir adam təkcə hüququnu deyil, öz fikrini də ifadə etmək imkanına malikdir. Lakin çox vacibdir ki, bu aksiyalar daim dinc xarakter daşısın. Mən istənilən, hətta pis sülhün istənilən yaxşı müharibədən daha yaxşı olduğuna əminəm". trend.az