Zahid Oruc siyasi fəaliyyətini hansı partiyada davam etdirəcək?

"Siyasi fəaliyyətimi başqa bir partiyada davam etdirmək barədə qərar vermək indi doğru olmazdı". Bu fikirləri "OLAYLAR"-a Ana Vətən Partiyasının keçmiş sədr müavini, millət vəkili Zahid Oruc səsləndirib. Sabiq AVP-çi növbəti ildən yeni partiya quruculuğuna başlayacağı barədə xəbərləri də təkzib edib: "Nə seçki dövründə, nə də ondan sonrakı zamanda partiya quruculuğu yönündə addımlar atmıram və bu istiqamətdə heç bir çalışmalarımız yoxdur. Çünki bu addımı atarkən ilk növbədə onun nəticələrini hesablamalıyıq". Zahid Oruc deyib ki, partiya quruculuğu öz-özlüyündə mürəkkəb, çətin və kifayət qədər ağır bir işdir: "Biz bir tərəfdən ayrı-ayrı təşkilatları klub formasında fəaliyyət göstərməkdə, yalnız bir şəxsin marağına hesablanmaqda ittiham edirik. Bu bir tərəfdən də doğrudur. Çünki Yeni Azərbaycan Partiyasından kənarda strukturlaşmış, respublikanın ucqarlarına qədər gedən və xalq partiyası adını qazanan ikinci bir qüvvə yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00