Cəbhə bölgəsində gərginlik: Milli Ordumuzun əsgəri yaralandı
Ayağından yaralanan əsgər dərhal ərazidəki hərbi hospitala çatdırılıb
3 Dekabr 2013 11:25 SiyasətBu gün səhər saatlarında ermənilərin Xocavənd rayonunun işğal altındakı Kuropatkino kəndindən açdığı atəş nəticəsində Milli Ordumuzun əsgəri yaralanıb. Yaralanan əsgər Şamaxı rayonundan olan Əlfi Firdovsi oğlu Muradovdur. Ayağından yaralanan əsgər dərhal ərazidəki hərbi hospitala çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda, əsgər Əlfi Muradovun yaralanması ilə bağlı xəbər təsdiqlənib. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00