Erməni təbliğatına qarşı birgə mübarizə aparılacaq

İstanbul Türkiyə-Azərbaycan Dərnəyində erməni təbliğatına qarşı birgə fəaliyyət məsələləri müzakirə olunub. Dərnəkdən "OLAYLAR"-a daxil olan məlumata görə, toplantıda çıxışı zamanı Türkiyədə yaşayan azərbaycanlıların Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi və qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətinin əhəmiyyətini vurğulayan dərnək sədri Səfər Karakoyunlu Azərbaycan Prezidenti İlham Əliyevin "bir millətin iki diasporu olmaz" kəlamını xatırladıb. Bildirib ki, bu kontekstdə Türkiyənin ən böyük şəhəri olan İstanbulda Azərbaycan həqiqətlərinin təbliği üçün tədbirlər davam edəcək. Tədbirdə çıxış edən bələdiyyə seçkilərində azərbaycanlıların yığcam yaşadığı İğdır vilayətindən bələdiyyə sədrliyinə namizəd Gündüz Günəş də İğdır və ətraf vilayətlərdə erməni vəhşiliklərinin izlərinin qaldığını söyləyib, yaşlı nəslin bu bölgədə Azərbaycan türklərinin başına gətirilən müsibətlər haqqında xatirələrini paylaşıb. Bələdiyyə sədri seçildikdən sonra Azərbaycan ilə əlaqələrə xüsusi əhəmiyyət verəcəyini də vurğulayan Gündüz Günəş deyib ki, Qars, Ərdahan və İğdırda qondarma "erməni soyqırımı" təbliğatına qarşı birgə fəaliyyət göstərilməlidir. Toplantının sonunda İğdır bələdiyyə sədrliyinə namizəd Gündüz Günəşə İSTAD-ın xatirə hədiyyəsi təqdim edilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00