ADP-dən əməkdaşlıq təklifi

Azərbaycan Demokrat Partiyası müxalifətin 2015-ci ildə keçiriləcək parlament seçkilərində iştirakını məqsədəuyğun hesab edib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, sözügedən məsələ dekabrın 2-də ADP-nin Ali Məclisində də müzakirəyə çıxarılıb. Partiya digər müxalifət partiyalarına da indidən seçki hazırlıqlarına başlamağı tövsiyyə edib. ADP həmçinin siyasi qüvvələrin seçkilərə qədər birgə əməkdaşlığa nail olmasını arzulayıb və bununla əlaqədar partiyalara əməkdaşlıq təklif edib.

Qeyd edək ki, ADP-nin 2014-cü ilin bələdiyyə və 2015-ci ilin parlament seçkilərində iştirak məsələsi partiyanın yaxın vaxtlarda keçiriləcək qurultayında rəsmiləşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00