Milli Məclisin deputatları Latviyaya səfər edəcəklər
12:33 SiyasətMilli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, üzvləri Fazil Mustafa və Sevil Mikayılova martın 9-da Latviya Respublikasının Riqa şəhərinə səfər edəcəklər. MM-dən "Olaylar"a bildirilib ki, səfər çərçivəsində parlamentlərarası əlaqələrin inkişafı və əməkdaşlığın genişləndirilməsi barədə müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.
Səfər martın 13-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31