ABŞ Cənubi Koreyadan Yaxın Şərqə “Patriot” sistemləri göndərə bilər- ÖZƏL

ABŞ ordusu Cənubi Koreyanın Osan aviabazasında bir neçə "Patriot" zenit-raket kompleksi yerləşdirib. Bazada həmçinin ağır hərbi-nəqliyyat təyyarələri -Boeing C-17 Globemaster III və Lockheed C-5 Galaxy də müşahidə olunub. Olaylar.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İranla gərginlik fonunda ABŞ kontingentinin bir hissəsinin Yaxın Şərqə köçürülə biləcəyi ilə bağlı ehtimallar var. Lakin komplekslərin ABŞ və Cənubi Koreyanın martın 9-da başlayacaq Freedom Shield təlimləri ilə əlaqədar ölkə daxilində digər bazalardan Osana gətirildiyi də istisna edilmir. Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon isə bu məsələ ilə bağlı tərəflər arasında məsləhətləşmələrin aparıldığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31