İranın yeni ali rəhbəri seçilir: Keçid Şurası hazırlıqlara başladı – ÖZƏL
11:06 Siyasətİranın Müvəqqəti Rəhbərlik Şurası ölkənin yeni ali rəhbərinin müəyyən edilməsi və Ekspertlər Şurasının iclasının keçirilməsi ilə bağlı xüsusi plan hazırlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı İranın "Tasnim" xəbər agentliyi yayıb.
Agentliyin məlumatına görə, Ekspertlər Şurasının dördüncü iclası zamanı gələcək ali rəhbərin təqdim olunması nəzərdə tutulur. Hazırda planın detalları hazırlansa da, iclasın dəqiq vaxtı və yeni liderin kimliyi barədə rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bir müddət əvvəl "New York Times" qəzeti İran mənbələrinə istinadən maraqlı iddia ilə çıxış etmişdi. Bildirilirdi ki, Ayətullah Əli Xameneyinin xələfinin təyin edilməsi təhlükəsizlik qayğıları səbəbindən təxirə salınıb.
İranda gedən bu proseslər fonunda İsrail tərəfi kəskin bəyanatla çıxış edib. İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, İranın seçəcəyi hər hansı yeni lider İsrail ordusu üçün "məhv edilməsi vacib olan qəti hədəf" sayılacaq.
Hazırda regionda gərginlik davam edərkən, İranın ali dini rəhbərliyinə kimin gətiriləcəyi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.