Müdafiə Nazirliyi "Bir nömrəli hərbi səfərbərlik" termininin açıqlamasını paylaşıb.
Milli.Az nazirliyə istinadla həmin terminin mənasını təqdim edir.
Bildirilir ki, "Bir nömrəli hərbi səfərbərlik" zamanı Silahlı Qüvvələr tam döyüş hazırlığına gətirilir və ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilir. Həmçinin hərbi hissələr döyüş mövqelərinə yaxud təyin olunmuş ərazilərə çıxarılır.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev Naxçıvana dron hücumu ilə bağlı keçirilən Təhlükəsizlik Şurasının iclasında Silahlı Qüvvələrimizin bir nömrəli səfərbərlik vəziyyətinə gətirildiyini deyib:
"Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər".
